Masajçı qadınları zorlayan prokuror həbs edildi
Bizi izləyin

Qırmızı.az

Masajçı qadınları zorlayan prokuror həbs edildi

Vaşinqtonun Kinq ştatının məhkəməsində ötən gün keçmiş prokuror və vəkilə qarşı hökm oxunub.



Keçmiş işçinin təcavüzkar olduğu məlum olub. O, bir neçə masaj salonlarında işçi qızlara təcavüz edib.



Hakim Uilyam Douninqin qərarı ilə Denford Qrant 25 il həbs cəzası çəkəcək. 49 yaşlı cinayətkar son söz olaraq peşman olduğunu bildirib və zərər çəkmişlərin ailə və özlərindən üzr istəyib.



May ayının əvvəlində Qrant özünü zorlamanın beş bəndinə əsasən və oğurluqda günahkar olduğunu bildirib. Denford təhqirlərindən hər birinə görə beş il həbsxana həyatı keçirəcək. Denford Qrant 2012-ci ilin sentyabr ayında həbs olunub.



Qrant 45 yaşlı qadının üzərinə cumaraq bıçaqla hədələyib və yaralayıb. Araşdırma zamanı daha iki epizod ortaya çıxıb, buna baxmayaraq, hadisələrin dəlilləri yetərincə olmadığından onları sübuta yetirmək olmayıb. Həmin iki cinayət ittiham edici materiallardan silinib. Qrant isə bildirib ki, zorlandığı deyilən qadınların yarısı pul qarşılığında onunla cinsi münasibətdə olublar.



Prokuror Den Satterberq müqəssiri amansız təcavüzkar adlandırıb. O, həmçinin Qrantı xarakterizə edərək, başqaları üzərində əmr etməyi sevən biri kimi qələmə verib./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm