• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda daha bir körpə ölümü

Bakıda daha bir körpə ölümü

Bakıda daha bir körpə doğuşdan 4 gün sonra dünyasını dəyişib. Onun ölümü yenidən doğuş zamanı ana və uşaq ölümü mövzusunu gündəmə gətirib. Ailə körpənin ölümü ilə razılaşmır.


Həkimlərsə uşağın ölümündə həm də ananın səhəttinin normal olmaması ilə bağlayırlar. Doğuşu həyata keçirən İradə xanım ANS-ə müsahibə verməsə də, bildirib ki, çəkisi 120 kilo olan ananın klinikaya gətirilən zaman temperaturu 37,7 dərəcə olub. Mənbəyi bilinməyən bu temperaturla doğuş baş tutduğundan uşaqda boğulmalar müşahidə edilib.

Lakin sonra vəziyyəti yaxşılaşıb və küveysə yerləşdirilib. Daimi nəzarətdə olsa da, gecəliklə vəziyyəti pisləşib və bu səbəbdən valideynlərinə xəbər verilib. Uşağın yaşama şanslarının az olduğunu anaya ilk gündən bidirdiyini deyən həkim onu da əlavə etdi ki, qızın ailəsi bu məlumatı ataya çatdırmağa icazə verməyib.


4 günlük körpənin ölümünün səbəblərini rəsmi təsdiqləmək üçün meyit ekspertizaya göndəriləcək. Həkimlər deyir ki, ekspertizanin qərarından sonra körpənin ailəsinin həkimlərə qarşı sürdüyü ittihamlara aydınlıq gətiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR