Nazirlik aqro-parklar yaradacaq
Bizi izləyin

Qırmızı.az

Nazirlik aqro-parklar yaradacaq

“Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 16-da imzaladığı fərmana müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyinə ölkədə aqro-parkların yaradılması tapşırığı verilib. Bununla bağlı nazirilk tərəfindən beynəlxalq təcrübə araşdırılır və təkliflərimizi yaxın zamanda hökumətə təqdim edəcəyik”.

Publika.az-ın xəbərinə görə, bunu jurnalstlərə açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev söyləyib.

Nazir müavini hesab edir ki, ən qabaqcıl ölkələrdə olan aqro-parkların yaradılması ölkəmizdə də təmin olunacaq. Fermerlər üçün kooporativlərin yaradılması məsələsinə gəlincə, nazir müavini deyib ki, bununla bağlı təkliflər planı hökumətə təqdim edilib:

"Fermerlərə hansısa subsidiyaların verilməsi ilə onlarda iqtisadi maraq artırılmalıdır. Bununla da, fermerləri bu maraqlar ətrafında birləşdirərək onları iri təsərrüfatların yaradılmasına cəlb etmək lazımdır. Hesab edirəm ki, kooperativlərin yaradılması həm məhsuldarlığın artmasına, həm də problemlərin birgə aradan qaldırılmasına kömək edəcək”.

Nazir müavini elektron kənd təsərrüfatının yaradılması ilə bağlı görülən işlərə də münasibət bildirib:

“Azərbaycanda elektron kənd təsərrüfatının yaradılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi üçün seminarlar keçirilir. Hesab edirəm ki, həm bitkiçilik, həm də heyvandarlıq sahəsində elektron hökumətin yaradılması təmin ediləcək. Bu, kənd təsərrüfatının idarə edilməsinə də öz töhfəsini verəcək”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geni dəyişdirilmiş məhsulların ölkəmizə gətirilməsi də tənzimlənir. Aidiyyatı qurumlar tərəfindən onların ölkəmizə gətirilməsi məhdudlaşdırılır. Nazirlik ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsalına nail olmağa çalışır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm