"1 dəqiqə cəmi 2 qəpik!” – Azercelldən yeni kampaniya (R)
Bizi izləyin

Qırmızı.az

"1 dəqiqə cəmi 2 qəpik!” – Azercelldən yeni kampaniya (R)

Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. Şirkət abunəçiləri üçün növbəti sərfəli endirim kampaniyasını təqdim etdi.

Beləliklə, 21 may tarixindən etibarən şirkət bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi Kampaniyasına başlayır. Kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı inanılmaz güzəştlə danışacaqlar. Belə ki, qeyd olunan saatlarda şəbəkədaxili zənglər 1 dəq 2 qəpik tarifi ilə hesablanacaq. Kampaniyaya qoşulmaq üçün abunəçilər 9888 qısa nömrəsinə boş SMS göndərməlidirlər. Kampaniyaya qoşulma üçün göndərilən SMS-in qiyməti 1 qəpik təşkil edir. Kampaniyadan imtina etmək üçün isə abunəçi STOP sözünü yazıb, 1010 qısa nömrəsinə göndərə bilər. Bu zaman göndərilən SMS pulsuz olacaq. Onu da bildirək ki, yeni kampaniya 21.08.2014 tarixinə qədər, yəni düz 3 ay davam edəcək.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar müştəri xidmətləri və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm