Hər kanala 200 min manat veriləcək
Bizi izləyin

Qırmızı.az

Hər kanala 200 min manat veriləcək

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. MTRŞ-nın mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, iclasda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında prezidentin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz min) manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm