“Əli Bayramov işdən çıxarılmayıb” – Nazirdən AÇIQLAMA (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“Əli Bayramov işdən çıxarılmayıb” – Nazirdən AÇIQLAMA (YENİLƏNİB)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovun işdən çıxması ilə bağlı qərarına münasibət bildirib.


Nazir AzVision.az-a eksklüziv açıqlamasında Əli Bayramovun rəsmi şəkildə işdən azad olunmadığını vurğulayıb.


“Sizə kim deyib ki, Əli müəllim işdən azad olunub? Sadəcə olaraq, səhhəti ilə bağlı bizə müraciət edib. Hələ ərizəyə baxılır. Qərar verməmişik”,– deyə nazir bildirib.


H.Əsədov Əli Bayramovun işdən azad olunacağı təqdirdə yerinə kimin təyin olunacağı haqda hələ danışmağın tez olduğunu deyib.

17:15

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov vəzifədən azad olunub.

Əli Bayramov “Mediaforum”-a deyib ki, mayın 21-də öz ərizəsi ilə işdən gedib:

“Səhər tezdən Kənd Təsərrüfatı naziri Heydər Əsədovun yanına getdim. İşdən çıxarılmağım üçün ərizə verdim. Dedim ki, səhhətimdə problemlər var, müalicə üçün Türkiyəyə getməliyəm. Nazirlə söhbətimiz bir saatdan artıq davam etdi və ərizəmi götürdü.

Sonra nazir müavini “Aqrolizinq”ə gəldi. Kollektivi topladıq, nazir müavini çıxış etdi, işimdən razılıq etdi, xeyir-dua verdi. Mən 8 il burada işləmişəm. Hər şey normaldır, heç bir problem yoxdur”.

Əli Bayramov bildirib ki, artıq “Aqrolizinq”ə sədr əvəzi təyin olunub. Cəmiyyətin sədr müavini Elşən Məmmədov sədr səlahiyyətlərini həyata keçirəcək:

“Nazirə bildirdim ki, bura çətin təşkilatdır, kənardan kimisə gətirmək problem olar. Ona görə də müavinim Elşən Məmmədovun namizədliyini irəli sürdüm. Elşən Məmmədov kənd təsərrüfatı üzrə elmlər namizədidir. Bu sahə ilə bağlı müxtəlif layihələrdə işləyib. Cavan və savadlıdır. Üç aydır müavin idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm