BMT əlaqələndiricisi ADU-da olub
Bizi izləyin

Qırmızı.az

BMT əlaqələndiricisi ADU-da olub

Antonious Bernardus Bruku ADU-də

Mayın 21-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonious Bernardus Bruku qəbul edib .

Publika.az- ADU-dən verilən məlumata görə qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrindən söz açdı. O, “21May-Dialoq və İnkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nə həsr olunmuş tədbirin keçirilməsinin çox sevindirici hal olduğunu qeyd edib. Belə bir əhəmiyyətli tədbirin ADU-da ənənəvi olaraq hər il təşkil olunduğunu deyən rektor bu istiqamətdə universitetdə bir çox mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyət göstərdiyini bildirib.

O, Azərbaycanda müxtəlif mədəniyyətlərin toplaşdığını və mədəni müxtəlifliklə təhsilin birləşməsinin vacib olduğunu da sözlərinə əlavə edib. Səmimi qəbula görə təşəkkür edən BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonious Bernardus Bruk “21 May- Dialoq və İnkişaf naminə ümumdünya mədəni müxtəliflik günü”nün əhəmiyyətindən bəhs edərək Asiya və Avropa mədəniyyətinin qarşılıqlı dialoqunun vacibliyini vurğulayıb.O, mədəni müxtəlifliyin əməkdaşlığı daha da gücləndiridiyini bildirib.

Qeyd edək ki, görüşdə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Priyanto Atiyanto da iştirak edib.

Gülşanə Mustaafyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm