Səfir: “Rusiya ilə bütün məsələlər həllini tapıb” – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Səfir: “Rusiya ilə bütün məsələlər həllini tapıb” – ÖZƏL

Səfir: “Rusiya ilə bütün məsələlər həllini tapıb” – ÖZƏL

“Hazırda AzərbaycanRusiya münasibətləri çox dinamik və müsbət formada inkişaf edir”. Bunu publika.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında həlli tələb olunan bütün məsələlər həllini tapıb.

P. Bülbüloğlu deyib ki, Azərbaycan tərəfi Rusiya ilə siyasi məsləhətləşmələr sahəsində daim bütün səviyyələrdə dialoq aparır: “Bizim Rusiya ilə də münasibətlərimiz tərəfdaş münasibətləridir. Hər iki tərəf onları strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirir. Bizim münasibətlər bütün sahələri əhatə edir”.

28 may – Respublika Günü ilə bağlı planlaşdırılan tədbirlərə də toxunan səfir qeyd edib ki, Azərbaycan səfirliyi mayın 28-də Moskavada böyük tədbir təşkil edəcək: “Tədbirdə 1000-dən çox qonaq gözləyirik. Qonaqlar arasında Rusiyanın dövlət və hökumət rəsmiləri də təmsil olunacaq”.

P.Bülbüloğlu həmçinin qeyd edib ki, mayın 22-24-də Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum keçiriləcək: “Forumda Rusiya Prezidenti Vladimir Putinin də iştirakı nəzərdə tutulub. Bundan əlavə, foruma Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm