TQDK-dan keçid balı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

TQDK-dan keçid balı ilə bağlı AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə xəbərdarlıq edib. Publika.az-ın məlumatına görə, TQDK 2013-cü ildə ali təhsil müəssisələrinə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (9 illik) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları əks olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarını xeyli vaxtdır nəşr edib .

Komissiyadan bildirilir ki, keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

“Onu da bilməlisiniz ki, hər il keçid ballarında oxşar, təkrarlanan meyillər, tendensiyalar özünü göstərsə də, müəyyən dəyişikliklər də müşahidə olunur. Odur ki, keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalısınız. İnanırıq ki, bu jurnallar ixtisas seçimi zamanı sizə düzgün istiqamət götürməkdə kömək edə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm