• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ana məhkum oğluna narkotik keçirmək istədi

Ana məhkum oğluna narkotik keçirmək istədi

Ana Bakıda cəzaçəkmə müəssisəsinə məhkum oğlu üçün narkotik vasitə keçirmək istəyib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Elman Mirmanaf oğlu Bürcəliyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı döşəmənin gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elman Bürcəliyev Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Heybət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş anası Həqiqət Şirin qızı İsayevanın gətirdiyi sovqata və üzərlərinə baxış keçirilib. Baxış zamanı konfetlərin içərisinə xüsusi üsulla yerləşdirilmiş, 4 ədəd şəffaf sellofana bükülmüş, xalis çəkisi 2,570 qram olan narkotik vasitə "tiryək" aşkar edilərək götürülüb.

Qeyd edək ki, R.İsayev Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Faktlar üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR