Heydər Əsədov finlandiyalı həmkarı ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Heydər Əsədov finlandiyalı həmkarı ilə görüşdü

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Finlandiyanın kənd təsərrüfatı və meşəçilik naziri Yari Koskinenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Finlandiyanın kənd təsərrüfatı və meşəçilik naziri Yari Koskinenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkəmizin aqrar sahədə çox böyük nailiyyətlərə imza atdığını və qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu bildirib. Nazir Finlandiyanın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu, bu sahədə əməkdaşlığa önəm verdiyini qeyd edib. Xüsusilə də yem və süd istehsalı, maldarlıq, ərzaq təhlükəsizliyi, bitki mühafizəsi və baytarlıq preparatları istehsalında, torpaqların konsolidasiyası və kooperativlərin yaradılması sahəsində, həmçinin Finlandiyanın HAMK Tətbiqi Elmlər Universiteti Ərzaq və Biotexnologiya kafedrası ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.

Finlandiyanın kənd təsərrüfatı və meşəçilik naziri Yari Koskinen iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini və bu sahədə anlaşma memorandumunun imzalanmasını məqsədəuyğun hesab edib.

Tədbirdə iştirak edən Finlandiya şirkət rəhbərləri istehsal etdikləri məhsullar barədə ətraflı məlumat verib, Azərbaycanın aqrar sahəsinə maraq göstərdiklərini nəzərə çatdırıblar.

Sonda nazir Heydər Əsədov 20-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi və 8-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak etmək üçün Azərbaycana təşrif buyurmuş Finlandiya nümayəndə heyətinə uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm