Gəncədə avtomobil dərəyə yuvarlandı: 1 ölü
Bizi izləyin

Qırmızı.az

Gəncədə avtomobil dərəyə yuvarlandı: 1 ölü

Ötən gün Gəncənin Hacıkənd qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

Ötən gün Gəncənin Hacıkənd qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

20 yaşlı Gəncə şəhər sakini Kamal Adıgözəlov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Gəncə istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 23 yaşlı Sənan Cəfərov hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Kamal Adıgözəlov isə ciddi xəsarət almadan qəzadan qurtula bilib.

Faktla Bağlı Göygöl rayon Polsi Şöbəsində araşdırmalar aparılır.

Qəzanın dəqiq səbələri isə aparılacaq avtotexniki ekspertizadan sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm