• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda "avtoş" ağır qəza törətdi: Yaralılar var

Bakıda "avtoş" ağır qəza törətdi: Yaralılar var

Yüksək sürətin və avtoxuliqanlıq hərəkətlərinin səbəb olduğu qəza 2 nəfərin xəsarət alması ilə nəticlənib.

Paytaxtın Nizami rayonunda qeydə alınan hadisə zamanı 3 minik avtomobilinin toqquşması zəncirvari qəzaya səbəb olub. 20 yaşlı Məmmədov Tahir Tamerlan oğlu idarə etdiyi “Niva” maraklı minik avtomobilini Qara Qarayev prospektində yolun kənarında dayanan “Opel” və “Mercedes” markalı digər avtomaşınlara çırpıb.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb olan “Niva” daha sonra dəmir arakəsmələrə çırpılıb. Bu müddət ərzində isə maşında olan bir sərnişin yola düşüb.

“Niva”nın zərbəsinə tuş gələn avtomobillər həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara məxsus olub. Həm zərərçəkən sürücülər, həm də hadisə şahidləri “Niva”nın yüksək sürətlə hərəkət etdiyini və başqa bir maşınla yarışdığını bildiriblər.

Hadisə vaxtı xəsarət alan “VAZ 2121”-in sürcüsü, maşında olan sərnişin 22 yaşlı Şamil Xanmirzəyev 3 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, sürücüyə ambulator yardım göstərilsə də, onun sərnişini travmatalogiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis idarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri bu araşdırmaların sonunda bəlli olacaq. /Ans tv/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR