“Mən prezidentimizin əsgəriyəm” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Mən prezidentimizin əsgəriyəm” – MÜSAHİBƏ

“Mən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının əsgəriyəm” – MÜSAHİBƏ

“Kimlər ki, vəzifə almadıqlarına görə yolunu dəyişir, onların xarakterik xüsusiyyətidir”

Bir qayda olaraq hansısa postdan, vəzifədən uzaqlaşdırılan insanlar ya müxalifət düşərgəsinə keçir, ya da vaxtı ilə təmsil olunduğu komandanı tənqid etməklə gündəmdə qalmağa çalışır. Yaxın keçmişdə bu kimi hallar tez-tez təkrar olunub. Ancaq elə insanlar da var ki, etimad göstərilib göstərilməməsinə baxmayaraq, getdiyi yolu dəyişmir, bir siyasi düşərgədən digərinə transfer etmir. Belə şəxslərdən biri də keçmiş millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının üzvü Anar Axundzadədir “OLAYLAR”-a verdiyi müsahibədə Anar Axundzadə deputatlıqdan sonrakı fəaliyyəti və digər məsələlər barədə danışıb.

Anar müəllim, hazırda nə işlə məşğulsunuz və Yeni Azərbaycan Partiyasının həyatında aktiv şəkildə iştirak edirsinizmi?

Hazırda, sədəcə, Yeni Azərbaycan Partiyasının üzvü kimi siyasi fəaliyyət göstərirəm və başqa bir işim yoxdur. O ki, qaldı aktiv və ya qeyri-aktivliyə, mən YAP-ın yaranmasında iştirak etmişəm, partiyanın təsis konfransının nümayəndəsi olmuşam. O zaman ilk Siyasi Şuranın iclasında partiyamızın sədri Heydər Əliyevin sədrliyi ilə (1992-ci il, noyabr ayının 21-də) partiyanın təftiş komissiyasının üzvü seçilmişəm.19952000-ci illərdə YAP Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına gənclər təşkilatının sədri olmuşam. Həmçinin YAP Naxçıvan Muxtar Respublikası İdarə Heyətinin, Siyasi Şurasının və icracı katibin müavini olmuşam. 1999-cu ildə YAP-ın birinci qurultayında partiyanın Siyasi Şurasının üzvü seçilmişəm. Yəni bütün bunları deməkdə məqsədim odur ki, YAP mənim üçün doğma partiyadır. Amma bu gun yalnız dəvət olunduğum halda tədbirlərdə iştirak edirəm. Bu da xarakterik xüsusiyyətimdir. Yəni dəvətsiz yerə getmərəm. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, hörmətli Vasif Talıbovun gözəl bir sözü var. “Adam eşitdiyi yerə yox, cağrıldığı yerə gedər”(Gülür) Mən də Vasif müəllimin siyasi məktəbini keçmişəm. Uzun müddət rəhbərliyi altında işləmişəm və ondan çox şey öyrənmişəm .Bilirsiniz ki, Vasif Talıbov Böyük Heydər Əliyev məktəbinin qırmızı diplomla bitirən məzunu sayılır və bu gün də onun rəhbərliyi altinda Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvanımızda çox böyük işlər görülür.

Ötən müddət ərzində işlə bağlı sizə hansısa təkliflər, vəzifələr olubmu?

Mənim tərcümeyi-halım sizə məlumdur və dəfələrlə müsahibələr zamanı mətbuatda işıqlandırılıb. 20002005-ci il millət vəkilliyi başa çatdıqdan sonra bir neçə təkliflər və müzakirələr olub. Sadəcə, bu günə qədər reallaşmaması mənə də məlum deyil. Qısa və qəti deyə bilərəm ki, müzakirə zamanı mənə təklif olunan hər hansı işə etirazım olmayıb və hər zaman bir söz demişəm mənim yolum Heydər Əliyev Yoludur və mən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının əsgəriyəm. Harda əmr etsə, orda da durmaq mənim üçün şərəfdir. Bu etimad cənab Prezidentimizin səlahiyyətindədir. Prezidentimizə və dövlətçiliyə xidmət təkcə deputatlıqdan keçmir. İstənilən sahədə etimadı doğruldub xalqına, dövlətinə və Prezidentinə xidmət edə bilərsən.

Bu qədər gecikmənin, belə desək, yaddan çıxmağınızın hansısa bir səbəbi ola bilərmi? Bəlkə, sizi cənab prezidentə xatırlatmırlar?

Əlbəttə, dünya təcrübəsində kadrlarla bağlı təklif irəli sürən məmurlar var. Siz jurnalistsiniz və ölkədə siyasi təbəqədə olan insanlarla əlaqədə olur, müsahibələr alırsınız. Yaxşı olar ki, bu sualı o insanlarlardan soruşasınız. Çünki bunun cavabı məndə deyil.(Gülür)

Bəs gələn il keçiriləcək parlament seçkilərində mübarizə aparmaq niyyətindəsinizmi?

.Bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm və əgər partiyamızın rəhbərliyi mənim yenidən namizədliyimi irəli sürməyi məsləhət görərsə məmuniyyətlə seçkilərdə iştirak edərəm. Dediyim kimi mən cənab prezidentimizin və eyni zamanda partiyamızın sədri cənab İlham Əliyevin etimadını gözləyirəm.

Sizdən fərqli olaraq, bəzilərinə bu və ya digər vəzifə ilə bağlı etimad göstərilmədiyi halda dərhal müxalifət düşərgəsinə üz tutur. Ancaq aradan xeyli müddət kerçməsinə baxmayaraq, siz bu cür mövqe dəyişikliyi etmədiniz. Bu hakim partiya və dövlətçiliyə sırf bağlılıqla əlaqədardır, yoxsa yenidən etimad göstəriləcəyinə ümidlisiniz?

Mən Heydər Əliyev yolunda olanda Ulu Öndər Naxcıvanda idi. O, dahi şəxsiyyət müxalifətdə olanda da mən Heydər Əliyevin yanında olmuşam iqtidara gələndə də. Bu gün də onun layiqli davamçısı İlham Əliyevin apardığı siyasətin dəstəkcisi və təbliğatçısıyam. Təbii ki, mənim keçdiyim həyat yolu və yaşımın gəncliyi aktiv fəaliyyətdə olmağımı tələb edir. Bəzən deyirlər ki, kim yolunu azır, kim etiraz edir onu yada salırlar İndi siz də deyirsiz ki, bu təmkinlə gözləmək Heydər Əliyev yoluna, dövlətçiliyə bağlılıq, yoxsa etimad gözləməkdir? Məncə etimada layiq olmaq elə sədaqətdən qaynaqlanmalıdır .Mənim də yolum, izim məlum. Amma kimlər ki, vəzifə almadıqlarına görə yolunu dəyişir, onların xarakterik xüsusiyyətidir. Belə bir söz var. “Xəyanət ruh halı deyil, xarekter formasıdır”. Mənim də xarakterim sədaqətlə yoğrulub. Əgər sədəqətli olub gözlədilmək varsa gözləyərik Hər kəs bunu belə bilsin ki, Anar Axundzədə bir etimad almazsa da, övladlarını yaşatmaq və zamanın tələbinə uyğun olaraq dolanışıq üçün ölkəsini dəyişər, amma Heydər Əliyev yoluna, İlham Əliyevə olan sədaqətinə kölgə salmaz Möhtərəm prezidentimiz ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün gecə-gündüz çalışır. Mən də gənc yaşımda bu yolda addımlayan bir Əliyevçi kimi təbii ki, yaxından iştirak etmək üçün etimad gözləyirəm. Yolunu deyişənlərə də bir sözüm var. Kim ki, Prezidentimizin yanında deyil, demək mənimlə də yolu ayrılmışdır. Siyasi arenada dostuğun bir adı var, Əqidə

Növbəti ay Azərbaycan Qurtuluş Gününü qeyd edəcək. O dövrə qısa nəzər saldıqda həmin ərəfədə baş verən hadisələri necə dəyərləndirirsiniz? O zaman Heydər Əliyev Bakıya qayıtmasaydı, Azərbaycanın taleyi necə olacaqdı?

Bu tarix gerçəkdən də ölkəmizin bir Qurtuluşu idi. 1993-cü ildə mənim 21 yaşım olmasına baxmayaraq o zamankı hadisələrin həm şahidi, həm də aktiv iştirakçısı olmuşam. Azərbaycanın o dönəmini bir müsahibə ilə canlandırmaq olmaz.Yalnız qısa olaraq bir söz deyə bilərəm. Heydər Əliyev dağılmış, viran olmuş Azərbaycanı Azərbaycana qaytardı. Əgər bir zamanlar “Yox millətimin imzası imzalar içində” deyərək hayqırırdıqsa, bu gün qürur hissi ilə deyə bilərik ki, “Var millətimin imzası imzalar içində”. Bugünkü Yeni Azərbaycan Heydər Əliyevin Şah Əsəridir.

Son günlər yenidən bir çox beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycana qarşı qısqanc münasibət nümayiş etdirir, haqsız olaraq ölkəmizi tənqid edirlər. Sizcə bu münasibət haradan qaynaqlanır?

Bu gün bəzi beynəlxalq təşkilatların ölkəmizə qısqanclıqla yanaşması təbiidir. Bunun arxasında güclü, demokratik Azərbaycan durur. Biz dəfələrlə şahidi olmuşuq ki, nəinki bizim ölkəmizi, hətta dünya siyasətçilərini öz demokratikliyi, intellektuallığı heyrətləndirən, dünya ilə elə dünya dilində danışan Möhtərəm prezidentimizi qısqanır və ona həsəd aparırlar. Oğul Buşla möhtərəm prezidentimizin görüşünü yadınıza salın. Əgər neft ölkəsi olmağımız Azərbaycanı dünyada iqtisadi sektorda tanitmağa başladısa, dünya siyasi arenasında Heydər Əliyev dühasi və İlham Əliyev şəxsiyyəti ölkəmiz haqqında yüksək fikir formalaşdırdı. Bu da Azərbaycana düşmən mövqedə duran bəzi xarici kəşfiyyatçıların Azərbaycanda demokratik inkişafı, iqtisadi yüksəlişi, sabitliyi qəbul etməyən qüvvələrin təbii ki, qısqanclığına səbəb olur. Möhtərəm Prezidentimizin apardığı daxili və xarici siyasət yolu zəfər yoludur və bu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz yüksəlişini və mövqeyini qoruyub saxlayacaq. Azərbaycanın düşmənindən çox beynəlxalq aləmdə dostları var,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm