Qırmızı.az
Xaricdə təhsil almaq istəyən gənclər üçün sənəd qəbuluna başlanılıb
2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlayıb.
Publika.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün saat 09:00-dan etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu bu il avqustun 8-dək davam edəcək.
Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı"na uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaq.
Elektron ərizənin doldurulması ilə bağlı təlimatı aşağıdakı keçiddən əldə etmək mümkündür:
xaricdetehsil.edu.gov.az/uploads/telimat-erize.pdf
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi