Türkiyədən gəlmiş qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdilər
Bizi izləyin

Qırmızı.az

Türkiyədən gəlmiş qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdilər

Türkiyədən gəlmiş alimlər, ziyalılar, təşkilat rəhbərləri və jurnalistlər Fəxri və Şəhidlər Xiyabanlarını, Türk Şəhidliyini və "Güllələnmiş abidələri" ziyarət ediblər.

Prezident cənab İlham Əliyevin sərəncamı ilə 150 illiyi qeyd olunan görkəmli fikir adamı Əlibəy Hüseynzadə irsi, onun gənc nəsillərə daha yaxından tanıdılması istiqamətində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Təhsil Nazirliyi, TİKA və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə təşkil etdiyi "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" konfransında və Əlibəy Hüseynzadəyə həsr olunmuş inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə alimləri, ziyalıları, İstanbul Türk Ocaqları rəsmiləri və jurnalistlər Cezmi Bayram, Bekir Çelik, Fuat Mazıcı, Faik İçmeli, Dilek Akgümüş, Nuri Civelek, Doğan Uçar, Prof. Dr. Sebahattin Şimşir, Prof.Dr. Şuayip Karakaş, Prof. Dr. Kazım Yetiş , Prof. Dr. Cezmi Eraslan, Prof. Dr. Yavuz Akpınar, Prof. Dr. Kamil Veli Nerimanov, Doç. Dr. İbrahim Subaşı, Şükrü Gökkayadan ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib. Azərbaycanda tanışlıq səfəri çərçivəsində “bir qrup ziyalı dostları ilə bərabər Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” də ziyarət ediblər. Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında Azərbaycana gələn qardaş ölkənin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib. Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib. Türkiyəli qonaqlar həmçinin İncəsənət muzeyini, Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə tanış olublar və Bayraq muzeyini ziyarət ediblər. Qonaqlar Azərbaycanın inkişafından çox sevindiklərini deyiblər və Bayraq muzeyində tarixdən bu yana bütün dövlət bayraqlarımızla yaxından tanış olub və məlumatlar alıblar. Azərbaycan tarixi, keçdiyimiz yolla bağlı qonaqlara geniş məlimatlar verilib. Onlar eyni zamanda Eurovizion musiqi yarışmasının keçirildiyi və dünyanın ən böyük konsert zallarından biri olan Kristal Hall sarayını da ziyarət ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm