Bakıda Qlobal gömrük konfransı keçirilir
Bizi izləyin

Qırmızı.az

Bakıda Qlobal gömrük konfransı keçirilir

Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans bu gün də davam edir.

Publika.azn məlumatına görə, “Gülüstan” sarayında təşkil olunan konfransa 65 ölkədən 200-dək nümayəndə, o cümlədən, iqtisadi elmlər üzrə 3 Nobel mükafatı laureatı qatılıb.

Bu gün konfransın ikinci günü əsas məruzə ilə iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı, Stənford və Harvard universitetlərinin iqtisadi elmlər professoru Alvin E. Rof çıxış edib.

Daha sonra “ÜTT Bali razılaşmaları və bunların gömrük və işgüzar fəaliyyətə təsiri”, “Ticarətin asanlaşdırılmasının regional faydası”, “Gömrük-elm tərəfdaşlığı”, “Gömrük-biznes tərəfdaşlığı”, “İnnovasiyalar və ticarətin asanlaşdırılması”, “Doktorluğa namizədlər və tədqiqat aparan praktikantlar”, “Ticarətin asanlaşdırılması qarşısında dayanan maneələr”, “Ticarətin asanlaşdırılmasının regional perspektivləri”, “Fövqəladə və təbii fəlakət hallarında yardımın göstərilməsi zamanı ticarətin asanlaşdırılması” mövzularında məruzələr dinlənilib.

Sabah isə konfransın sonuncu iş günü ABŞ-ın daxili təhlükəsizlik nazirinin beynəlxalq işlər üzrə müavinidir. Alan Bersinin əsas məruzəsi ilə başlayacaq, sonra isə plenar çıxışlara yer veriləcək.

Bundan başqa, konfransın sonuncu günü Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Avropa Port İcma Sistemləri Assosiasiyası (“EPCSA”) arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

Qeyd edək ki, dünən konfransının açılışında Baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti, prof. Deyvid Uiddouson iştirak ediblər. Həmçinin, konfvarans iştirakçıları Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə tanış olacaqlar.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm