ATU-da yeni idman sarayı istifadəyə verilib
Bizi izləyin

Qırmızı.az

ATU-da yeni idman sarayı istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində yeni idman sarayı istifadəyə verilmişdir

Azərbaycan Texnologiya Universitetində yeni idman sarayı istifadəyə verilmişdir.

Açılış mərasimində iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri sarayda yaradılan şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, burada futbol, voleybol, basketbol və tennis zalı, stolüstü oyunlar – şahmat və dama oyunları üçün ayrıca otaq yaradılmışdır ki, bu da universitet kollektivinin idmanın müxtəlif növləri ilə məşğul olmasına hərtərəfli imkan verəcəkdir.

İştirakçılar saraydakı trinajor zalı, soyunub geyinmə otaqları, həmçinin duşxana ilə də tanış olduqdan sonra bu ali təhsil müəssisəsində idmana göstərilən qayğını yüksək dəyərləndirmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm