• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ağlını itirən qadın nəvəsini qətlə yetirdi

Ağlını itirən qadın nəvəsini qətlə yetirdi

Rusiyanın Krasnodar əyalətində nənə nəvəsini çəkiclə qətlə yetirib. 66 yaşlı sakinin ifadəsinə görə, o, sözə qulaq asmayan qızda “şeytani” əlamətlər görüb.

Hadisə keçən ilin iyun ayında baş verib. Evdə yalnız nənə və 11 yaşlı nəvəsi olub. Nahar vaxtı qızcığaz nənəsinin sözünə qulaq asmayıb. Krasnodar əyalətinin istintaq idarəsinin bildirdiyinə görə, təqaüdçü qadın bu zaman qızcığazda “cin” görüb. Bundan qəzəblənən nənə çəkiclə qızı döyməyə başlayıb.

Zavallı qız nənənin əlindən qaçmağa çalışsa da, qadın ona çataraq başına daha bir neçə zərbə endirib. Aldığı zədələrdən nəvəsi yerindəcə həlak olub. Bundan sonra qadın törətdiyi əməl haqda qızına xəbər verib və intihara cəhd edib. Əlindəki çəkiclə özünə zərbələr endirməyə başlayıb, lakin səsinə qonşular gələrək dərhal polisə xəbər edib.

Məhkəmənin çıxardığı qərara əsasən, qadın müalicə üçün ruhi -əsəb dispanserə göndərilib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR