DİN döyülən uşağın işini yenidən araşdıracaq
Bizi izləyin

Qırmızı.az

DİN döyülən uşağın işini yenidən araşdıracaq

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı yayılan məlumatı Nihad Cavadov özü təsdiqləyib.

Dünən sosial şəbəkələrdə yayımlanan kadrlarda II sinif şagirdi məktəbin direktoru Afaq müəllimə tərəfindən döyüldüyünü deyib.

“Qafqazinfo” yenidən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. O. Mansurzadə internatda baş verən hadisə ilə bağlı bölmədə araşdırma getdiyini deyib: “Həmin açıqlama ilkin araşdırmanın nəticəsi idi. Biz Təhsil Nazirliyi ilə birgə belə bir açıqlama yaymışdıq. Amma təhqiqat davam edir. Təhqiqatın nəticəsində hadisənin necə baş verdiyi aydınlaşacaq”.

Qeyd edək ki, həmin hadisədən sonra DİN və Təhsil Nazirliyin yaydığı açıqlamada həmin şagirdin yıxılaraq zədə alması qeyd olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm