• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bakı sakini "eşşək" sözünə görə qohumunu öldürdü

Bakı sakini "eşşək" sözünə görə qohumunu öldürdü

Binəqədi rayonu ərazisində qohumlar arasında baş vermiş dava-dalaş ölümlə nəticələnib.



ANS TV-nin məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənovonunla eyni məhəllədə yaşayan qohumu - bacanağının qardaşı, 28 yaşlıElşən Ələkbərovu qətlə yetirməkdə şübhəli bilinir. Hadisə isə adi mübahisə üstündə baş verib.



Elşən Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gələyib. Buna iradını bildirən Rüstəmə isə Elşən müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Qohumlar arasında mübahisə də bundan sonra baş verib.



Saxlanılan Rüstəm Həsənov hadisəni belə danışır: “Həyətdən keçəndə dedi, pəncərəni bağla. Dedim, adam kimi de, dedi ki, eşşək özünsən”.



Mərhumun onu kürəklə vurduğunu iddia edən Rüstəm Həsənov bundan sonra onu bıçaqladığını deyir.



Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışovun sözlərinə görə, hadisə ilə bağli Rüstəm Həsənov barəsində Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanalıb. Etdiyi cinayətdən peşman olduğunu bildirən Rüstəm Həsənovun cinayəti sübuta yetirilsə, o uzun illər azadlığı ilə vidalaşmalı olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR