Şəkidə 4 maşın toqquşdu, yaralı var
Bizi izləyin

Qırmızı.az

Şəkidə 4 maşın toqquşdu, yaralı var

Ötən gün axşam saat 22 radələrində Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib. Qəza zamanı bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə Şəkinin Salman Mümtaz küçəsində qeydə alınıb. Məmmədli Möhlüd Qurbanəli oğlunun idarə etdiyi 45-BC-763 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil,Abdulhəmidov Pərviz Əlyəsər oğlunun idarə etdiyi 90-HA-974 dövlət nömrə nişanlı xırda tutumlu "Ford" markalı yük avtomobili, Qarayev Nurəddin İlyas oğlunun idarə etdiyi 55-BM- 894 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil və sahibi bilinməyən 55-ZA-035 dövlət nömrəli yük avtomobil toqquşub. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Hadisə zamanı Məmmədli Möhlüd idarə etdiyi avtomobillə dönmə hərəkəti edən Abdulhəmidov Pərvizin idarə etdiyi avtomobili vurub. Daha sonra arxadan gələn Qarayev Nurəddinin avtomobili "Ford" markalı avtomobillə toqquşub. Toqquşma zamanı zərbənin gücündən Nurəddinin avtomobili yol kənarındakı yük avtomobilinə çırpılıb.



Nəzərinizə çatdıraq ki, bu, polisin ehtimal etdiyi ilkin ehtimaldır. Qəza nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm