Məzunlar üçün yeni iş imkanları
Bizi izləyin

Qırmızı.az

Məzunlar üçün yeni iş imkanları

Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə IX “Məzun 2014” əmək yarmarkası keçiriləcək.

Publika.az gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarmarkada 100-ə yaxın dövlət qurumları, sənaye müəssisələri, banklar, yerli və xarici şirkətlər vakansiyalarını təqdim edəcəklər. Bununla yanaşı, gənclərin staj keçmək və təqaüd proqramlarında iştirak etməklə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılacaq. “Məzun” əmək yarmarkasının keçirilməsində məqsəd – tələbələrin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması və ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir.

Yarmarka zamanı yerli sənaye və istehlak məhsullarının sərgisinin təşkil edilməsi planlaşdırılıb. Həmçinin, yarmarka günü şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli uduşlu lotereyalar, hədiyyəli kampaniyalar, maraqlı müsabiqələr, mükafatlandırma və tanıtım aksiyalarını təşkil edəcəklər.

Əmək yarmarkasının rəsmi açılış mərasimi 23 may 2014-cü il tarixdə saat 11:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı tədris korpusunda keçiriləcəkdir. Ünvan İstiqlaliyyət küçəsi 6 (“İçəri şəhər” metro stansiyasının yaxınlığında). Əlaqə telefonları: 497 71 35; 492 67 95.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və 2014-cü ilin “Sənaye ili” elan edilməsinə əsasən keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm