İki avtomobil toqquşdu, sürücülərdən biri öldü
Bizi izləyin

Qırmızı.az

İki avtomobil toqquşdu, sürücülərdən biri öldü

Bakıda "Great Wall Haval" markalı avtomobilin "Shacman" markalı yük avtomobilinə çırpılması nəticəsində sürücülərdən biri ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, mayın 21-i saat 04:40 radələrində Qaradağ rayonu Lökbatan dairəsində Neftçala rayon sakini 1964-cü il təvəllüdlü Məhərrəm Məmmədov idarə etdiyi "Great Wall Haval" markalı avtomobillə yolun kənarında dayanmış, Cəlilabad rayon sakini 1981-ci il təvəllüdlü Seymur Hüseynovun idarə etdiyi "Shacman" markalı avtomobilə vurub. Hadisə nəticəsində M.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm