“Azərbaycan ailəsi” film festivalı başa çatdı
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan ailəsi” film festivalı başa çatdı

“Azərbaycan ailəsi” film festivalı başa çatdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 2009-cu ildən etibarən kinematoqrafiyanın və incəsənətin digər növlərindən istifadə etməklə “Azərbaycan ailəsi” film festivalı böyük uğurla həyata keçirilir.

Kinofestivalın əsas məqsədi Dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği və cəmiyyətdə mövcud olan problemlərin bu vasitələrin köməyi ilə işıqlandırılmasıdır.

Xatırladaq ki,03.02.2014-cü il tarixində VI festivala start verilib. Festivala 3 ay ərzində 30-dan çox film və 20-dən çox fotoşəkil təqdim edilib. İctimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilib, filmlərin və fotoların Festivalın bağlanış mərasimində mükafatlandırılması nəzərdə tutulub.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm