7 yaşlı uşağın döyülməsini prokurorluq araşdıracaq
Bizi izləyin

Qırmızı.az

7 yaşlı uşağın döyülməsini prokurorluq araşdıracaq

İnternat məktəbində uşağın döyülməsi ilə bağlı materiallar Suraxanı rayon prokurorluğuna göndərilib. Bundan sonrakı araşdırmanı rayon prokurorluğu aparacaq. İlkin araşdırma aparılıb, nəticə də məlumdur. Uşağın üzündəki zədələr döyülməyə xarakterik deyil.

Bunu Publika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.

O.Mansurzadə, həmçinin qeyd edib ki, hadisə Daxili İşlər Nazirliyi tərəfindən ətraflı araşdırılıb.

"Əvvəl də qeyd etdiyimiz fikirlərin üzərində dayanırıq. Görünür, kimlərsə bu açıqlamadan narahat olublar. Sosial şəbəkədə, guya, uşağın fikirləri təkzib edən videosu yerləşdirilib. Diqqətli tamaşaçı kadrlara baxan kimi uşağın fikrinin yönləndirildiyini görür. Əvvəlki fikirlərdən imtinaya sövq edən yönləndirməyə çalışdığı görünür. Bu faktın özü uşağın fikirləri və onun həqiqət olması ilə bağlı şübhə yaradır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm