Sabahdan temperatur yüksələcək
Bizi izləyin

Qırmızı.az

Sabahdan temperatur yüksələcək

Mayın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərindən qısamüddətli az yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxili tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm