“Təhlükəsiz kəndlər” layihəsi davam edir
Bizi izləyin

Qırmızı.az

“Təhlükəsiz kəndlər” layihəsi davam edir

“TƏHLÜKƏSİZ KƏNDLƏR” LAYİHƏSİ KƏNDLİLƏRİN YOL TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ BİLİKLƏRİNİ ARTIRIR

Kənd rayonları üçün yeni layihə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı və EASST (Təhlükəsiz və Davamlı Yollar üçün Şərq Alyansı) tərəfindən icra olunan “Təhlükəsiz Kəndlər” layihəsi davam edir.

Publika.az-ın məlumatına görə, 8 ay müddəti olan layihənin əsas məqsədi təlimlər və əyani materiallar vasitəsilə Azərbaycanın regionlarında, xüsusilə də kənd icmalarında yol təhlükəsizliyinin təmin olunmasıdır. O cümlədən bu sahədə mövcud qaydaların icma üzvləri tərəfindən mənimsənilməsinə xidmət edən maarifləndirmə proqramının keçirilməsinə və bununla da həmin insanların yol təhlükəsizliyi sahəsində biliklərinin artırılmasına nail olmaqdan ibarətdir.

Ölkəmizdə yollarda təhlükəsizliyin təmin olunması sahəsində mövcud problemlərin effektiv şəkildə aradan qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir. Bakıda bu kimi aksiyaların keçirilməsi artıq adət halını alıb. Lakin regionlarda, xüsusilə də kəndlərdə bu kimi fəaliyyətlərin geniş icrasına böyük ehtiyac var. Məhz bu səbəbdən həmin istiqamətdə müəyyən olunmuş məqsədə nail olmaq üçün mövcud layihə çərçivəsində “Həyat” Təşkilatı kəndlərdə geniş maarifləndirmə tədbirləri keçirir, kənd icmalarının üzvləri arasında yol təhlükəsizliyinin müxtəlif aspektlərinə dair əyani materialların paylanılmasını təşkil edir.

Hazırkı layihə Biləsuvar, İmişli, Beyləqan, Bərdə və Ağcabədi rayonlarının ərazisindən keçən magistral yolların üzərində yerləşən kəndlərdə həyata keçirilir. Hədəf nöqtələri kimi seçilmiş Bəhramtəpə qəsəbəsi, Eyvazallar, Hacıəlili, Nərimankənd, Xocavənd kəndlərində məktəblilər və kənd icmaları ilə görüşlər aparılır, onların yol təhlükəsizliyi sahəsində bilikləri artırılır. Həmin şəxslərə işığı əks etdirən jiletlər verilir, onlar tərəfindən yol qıraqları ilə aparılan kənd mal-qaranın təhlükəsizliyini təmin etmək üçün isə həmin heyvanların boynundan asılacaq xüsusi reflektiv lentlər paylanılır. Bundan başqa uşaqlar və piyadalar üçün sual cavablar əks etdirən bukletlər onların biliklərinin artırılmasında xüsusi rol oynamaqdadır.

Layihənin diqqət çəkən elementlərindən biri də İmişlidə yerləşən yeni salınmış Məcburi Köçkün şəhərciyində maarifləndirmə işinin təşkil olunmasıdır. Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər layihənin əhəmiyyətindən və yol kənarında yerləşən şəhərciyin uşaqlar və piyadalar üçün təhlükəli olduğundan danışıb, bu kimi işlərin davam etdirilməsini xüsusilə vurğulanıb. Məhz bu səbəbdən “Həyat” Təşkilatı bu istiqamətdə maarifləndirmə işinin daha çox kənd və regionlarda davam etdirilməsi məqsədilə yerli tərəfdaşlar axtarışındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm