Avropa Məhkəməsi hökuməti cərimələdi
Bizi izləyin

Qırmızı.az

Avropa Məhkəməsi hökuməti cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı qərarını açıqlayıb.

Vəkil Fuad Ağayev “Media forum” saytına bildirib ki, Avropa Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan mərhum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm