• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Baş Prokurorluqdan uşağın döyülməsi məsələsinə münasibət

Baş Prokurorluqdan uşağın döyülməsi məsələsinə münasibət

Baş Prokurorluq Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi internat məktəbində baş verən hadisəyə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Nahid Cavadovun döyülməsi ilə əlaqədar Suraxanı rayon Polis İdarəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib: “Material üzrə müvafiq ekspertizalar məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin olunub, zəruri izahatlar alınıb. Ekspertizaların rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə, qanunamüvafiq qərarın qəbul olunması təmin ediləcək. Hazırda material üzrə araşdırmalar rayon Prokurorluğunda davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR