LUKOIL-un neft anbarı partladı
Bizi izləyin

Qırmızı.az

LUKOIL-un neft anbarı partladı

Rusiya Federasiyası tərkibində olan Komi respublikasında neft şirkətində partlayış baş verib.

Teleqraf.com-un verdiyi məlumata görə, partlayış Rusiyanın “LUKOIL” şirkətinin müəssisəsində baş verib.

Verilən məlumata görə, neft anbarının doldurulması zamanı yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər neftin yayılmasının qarşısını almağa çalışııblar.

Bir neçə saat sonra isə yanan rezervuar partlayıb.

“Hadisə zamanı daha 3 РВС-5000 rezervuarı zədələnib. Zədələnmiş neft anbarları da yanmağa başlayıb. Hadisə yerində yalnız bir nəfərin xəsarət aldığı bildirilir. Yaxın ərazilərdə yaşayan əhali üçün heç bir təhlükə yoxdur”, deyə yerli DİN bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm