Qarabağlı gənclər müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

Qarabağlı gənclər müzakirə edilib

Qarabağlı gənclərin yeri və rolu” mövzusunda konfrans

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Bu fikirlər Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə yanaşı Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Cəbrayıl, Zəngilan, Ağcəbədi, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan gənclərin də iştirak etdiyi “Dövlət Gənclər Siyasətində Qarabağlı gənclərin yeri və rolu” mövzusunda keçirilən konfransda bildirilmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştikarçıları ilə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev gənclərin qarşısında çıxış edərək bildirmişdir ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını təmin etmək paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Alı Alıyev “Gənclər siyasəti haqqında” Qanunun 12 ildir ki, ölkədə uğurla həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, qanun qəbul olunandan ötən müddətdə Füzuli, o cümlədən Qarabağlı gənclərinin fəallığı daha da artmış, siyasətdə, iqtisadiyyatda, mədəni quruculuq sahələrində, elmdə gənclərimiz aparıcı qüvvəyə çevrilmişlər.

- “Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Gənclər siyasəti Füzulidə də uğurla həyata keçirilir. Rayonda kadrların seçilib yerləşdirilməsi, ali təhsilli gənc mütəxəssislərin irəli çəkilməsi diqqət mərkəzindədir. Son üç ildə 100 nəfərə yaxın ali təhsilli gənc dövlət qulluğunda irəli çəkilmişdir. Qabiliyyəti olan gənclərə biz gələcəkdə də üstünlük verəcəyik, onları rəhbər vəzifələrə dəvət edəcəyik.” – deyə Alı Alıyev vurğulamışdır.

Tədbirdə YAP rayon Gənclər Birliyinin sədri Tural Nəbiyev məruzə ilə çıxış etmişdir. O, rayonun 30 min nəfərdən artıq gəncinin rayonun ictimai, siyasi və təsərrüfat sahələrində fərqləndiklərini vurğulamış, təhsil, səhiyyə, mədəniyyət sahələrində gənclərin fəal həyat mövqeyi tutduqlarını qeyd etmişdir.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış etmiş, ölkədə həyata keçirilən gənclər siyasətindən danışmışdır. Bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün öz müsbət nəticələrini verməkdədir.

Digər çıxış edənlər gənclər siyasətinin prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın ölkədə həyata keçirdikləri siyasi, ideoloji xəttin məntiqi nəticəsi kimi qiymətləndirmişlər.

Sonda tədbir konsert proqramı ilə davam etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm