Ölkə ərazisində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Ölkə ərazisində bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı gözlənilir.

Temperatur gecə 2-4°, gündüz 7-12° isti, Bakıda gecə 2-4°, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 756 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında axşam zəif qar yağacağı, duman olacağı gözlənilir.

Temperatur gecə 5-10°, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 1-5°, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperatur gecə 1-6°, gündüz 11-16° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir az yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperatur gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm