Həbib Zərbəliyevdən institut direktoruna CAVAB
Bizi izləyin

Qırmızı.az

Həbib Zərbəliyevdən institut direktoruna CAVAB

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Tofiq Hacıyevin mənim aldığım maaşı geri qaytarmalı olduğum barədə mətbuatda dərc etdirdiyi fikri onun şəxsi intiqam hissinin təzahürüdür".

Bu sözləri Publika.az-a açıqlamasında Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Həbib Zərbəliyev institutun direktoru Tofiq Hacıyevin onun haqqında səsləndirdiyi fikirlərə cavabında deyib.

“Əgər mən doğrudan şöbə müdiri kimi fəaliyyətsizlik göstərmişəmsə, deməli, şöbə bütövlükdə fəaliyyətsizlik göstərmişdir. Şöbə fəaliyyətsizlik göstərmişsə və bu, 5 ay davam etmişsə, sadə məntiqlə, deməli, Tofiq Hacıyev də bir direktor kimi vəzifəsini yerinə yetirə bilməmişdir, çünki Dövlət Proqramı üzrə üzərinə düşən vəzifələri o, hər gün diqqətdə saxlamalıdır. Ona görə də Tofiq Hacıyevlə məhkəmədə görüşməyə hazıram. Yox, əgər Tofiq Hacıyev səlahiyyətlərini aşaraq məni bütövlükdə Dövlət Proqramını yerinə yetirməməkdə ittiham edirsə, bildirirəm ki, mənim vəzifəm Dövlət Proqramında göstərilmiş bəndlər üzrə müvafiq işləri yerinə yetirmək deyil, onları icra edən nazirliklər, komitələr və digər qurumların fəaliyyətini əlaqələndirməkdir və mən bunu etmişəm. Əgər, Tofiq Hacıyevin dediyi kimi, iş görülməyibsə, o halda, o, məhkəməyə məni deyil, Dövlət Proqramına məsul olan nazirlik və komitələri, digər müvafiq qurumları, o cümlədən AMEA-nı verməlidir. Görünür, Tofiq Hacıyevin məntiqlə bağlı problemləri də vardır”.

H.Zərbəliyev dərmanların dili ilə bağlı monitorinq aparmamaları ilə bağlı institut direktorunun ittihamlatrına da münasibət bildirib:

“Səhiyyə Nazirliyi ona aid olan işlərin öhdəsindən özü gələr, biz isə müraciət edildiyi halda, onlara dil baxımından kömək göstərə, onların dərman preparatlarının istifadəsi ilə bağlı hazırladıqları və ya tərcümə etdirdikləri göstərişlərin monitorinqini keçirə bilərik və bunu da edirik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm