XİN ermənilərlə işləyən türk şirkətini araşdırır – Açıqlama
Bizi izləyin

Qırmızı.az

XİN ermənilərlə işləyən türk şirkətini araşdırır – Açıqlama

“Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın separatçı rejimi ilə iqtisadi əlaqələr quran Koç Holdinqlə bağlı xəbələri araşdırır”.

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O, hazırda Xarici İşlər Nazirliyində məsələ ilə bağlı ciddi araşdırmalara başlanıldığını bildirib:

“Azərbaycan Xarici İşlər Nazirliyində Xankəndindəki Türkiyə şirkətinin fəaliyyətilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri bitən kimi daha geniş məlumat veriləcək”.

Qeyd edək ki, dünən “Teleqraf.com” saytında Xankəndində türk şirkətinin reklam lövhəsi olan xəbər yayımlanıb. Reklam lövhələri Koç Holdinqə aid BEKO şirkətinindir. Holdinqdən məsələni Axar.az-a təsdiqləyiblər.

Xatırladaq ki, Qarabağın işğal edilən ərazilərindəki separatçı rejimlə siyasi və iqtisadi əlaqələr qurmaq beynəlxalq konvensiyalara ziddir və Azərbaycan haqlı olaraq bu cür təşəbbüsə cəhd edən ölkə və şirkətlərə birmənalı münasibət sərgiləyir. Türkiyəyə aid bir şirkətin belə addımı isə həm də mənəvi məsələdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm