• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rektor göstəriş verib

Rektor göstəriş verib

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşüb.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, görüşündə ATU-nun prorektorları və tədris şöbəsinin əməkdaşları iştirak ediblər. 160-a yaxın komissiya üzvlərinin iştirak etdiyi digər görüşdə attestasiya imtahanlarının təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

Ə.Əmiraslanov dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və diplomun verilməsi haqqında qərar çıxarılmasının şəffaflığı, komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi haqda müvafiq göstərişlər verib.

ATU-nun I müalicə-profilaktika, II müalicə-profilaktika, pediatriya və hərbi tibb fakültələrinin son kurs tələbələri arasında attestasiya imtahanları adi üsulla keçirilir.

Tibbi profilaktika və tibbi biologiya, stomatologiya və əczaçılıq fakültələrinin məzunları isə kredit sistemi ilə təhsil aldıqları üçün test üsulu ilə kompyuterlə imtahandan keçəcəklər. Bu zaman Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1060 saylı 11.09.2008- ci il tarixində əmri ilə təsdiqlənmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə”də göstərilən şərtlər əsas götürülür.

Qeyd edək ki, “Təhsil haqqında” Qanuna uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin müvafiq olaraq həmin fənlər üzrə yekun və buraxılış yekun dövlət attestasiyasından keçirilməsi məcburidir. Bu, ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR