BMT məruzəçisi qaçqınlardan danışıb
Bizi izləyin

Qırmızı.az

BMT məruzəçisi qaçqınlardan danışıb

"Hazırda xoşagəlməz şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli çox vacibdir”.

Bunu jurnalistlərə açıqlamasında BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani deyib.

Ç.Beyani vurğulayıb ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan vətəndaşları tez bir zaman ərzində öz doğma torpaqlarına qayıtmalıdırlar: “20 ildən artıq qaçqın və məcburi köçkün şəraitində yaşamalarına baxmayaraq, onların dediyi ilk söz vətənlərinə geri qayıtmaq arzusudur”. Ç.Beyani deyib ki, Azərbaycan səfəri ilə bağlı hazırlayacağı məruzə gələn il BMT-nin İnsan Hüquqları Şurasına, bu ilin oktyabrnda isə BMT Baş Assambleyasına isə hazırlayacağım məruzə bu ilin oktyabr ayında təqdim edilcək: “Bu səfərin məqsədi qaçqın və məcburi köçkünlərin haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsinə yardım etməkdir. Hesab edirəm ki, əsas məsələ mənim məruzmlə bağlı deyil, burada vacib məsələ təbliğatın düzgün aparılmasıdır. Təbilğat elə aparılmalıdır ki, beynəlxalq ictimaiyyət məsələnin mahiyyətini düzgün başa düşsün və sülh danışıqlarının vaxtını yaxınlaşdırsın”.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm