Qırmızı.az
Prezident sərgi ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan–2014" XX Azərbaycan Beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2014" VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.
Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına məlumat
verdi ki, "World Food Azerbaijan-2014" sərgisi dünyaca məşhur
"World Food" sərgi brendinin bir hissəsidir və özündə Rusiya,
Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər
ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir. Sərgi
20 illik yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı
şirkətlə qeyd edir. İlk dəfədir ki, sərgiyə dünyanın 36 ölkəsindən
nümayəndələr qatılmışlar. Ənənəvi olaraq, bu siyahıda üstünlük
Avropa (57 faiz) və MDB (15 faiz) ölkələrinin şirkətlərinə
məxsusdur.
Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının
tətbiqini stimullaşdırmaq məqsədilə "World Food Azerbaijan" və
"Agri Hort Azerbaijan" sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran,
Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan sahibkarlar üçün
infoturlar təşkil edilmişdir. Ümumilikdə, iştirakçılar öz
məhsullarını üç əsas istiqamətdə nümayiş etdirirlər: qida sənayesi
("WorldFood"), içkilər ("WorldDrink") və ərzaq texnologiyaları
("WorldFoodTech"). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka
məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, süd və
yağ-piy məhsulları təqdim olunur.
Stendlərdə, həmçinin qida sənayesi üçün avadanlıq və inqrediyentlər
nümayiş etdirilir.
Diqqətə çatdırıldı ki, "Agri Hort Azerbaijan-2014" sərgisində
Azərbaycan, ABŞ, Almaniya, İspaniya, İtaliya, Niderland Krallığı,
Rusiya, Ukrayna, Fransa və digər ölkələrin şirkətləri təmsil
olunurlar. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün
avadanlıq, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıq
yemi, toxumlar, gübrələr və s. nümayiş etdirilir.
Qeyd edildi ki, sərginin sahəsi ötən illə müqayisədə 2,5 dəfə
artmışdır. Builki sərginin daha bir fərqləndirici xüsusiyyəti kənd
təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin
genişlənməsidir. Belə ki, həmin ekspozisiya Bakı Sərgi Mərkəzi ilə
yanaşı, açıq meydançada təşkil olunmuşdur. Burada "AzTexnika",
"John Deere", Gəncə avtomobil zavodu, "Klever", "Rostselmaş" və
"Qomselmaş" kimi istehsalçı və distribüterlər öz məhsullarını
nümayiş etdirirlər.
Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış oldu.
AzərTAc
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı