Metroda problem - Sərnişinlər yenə də qatardan çıxarıldı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Metroda problem - Sərnişinlər yenə də qatardan çıxarıldı - YENİLƏNİB

Metropolitenin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "İnşaatçılar" stansiyasında qatarın sonuncu vaqonunda qapılar açılmayıb. Əllə qapıları açıb sərnişinləri boşaldıblar. Qatar depoya göndərilib və növbəti qrafik üzrə qatarlar hərəkət edib. Bu nasazlığa görə qatarların hərəkətində gecikmə olmayıb.

Bakı metrosunda bu gün daha bir hadisə olub.

"Qafqazinfo" xəbər verir ki, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatarda problem yaranıb. Belə ki, sərnişinlər İnşaatçılar stansiyasında təxliyyə olunub.

Buna səbəb isə qatarın qapılarının bağlanmaması olub. Sərnişinlərin qatardan boşaldılması isə hazırda sıxlığa səbəb olub.

Qeyd edək ki, son günlər qatarlarda tez-tez nasazlıqlar müşahidə olunur. Hətta sonuncu dəfə Koroğlu stansiyasında qatar tüstülənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm