Ombudsman təcridxanadakı ölüm faktını araşdırıb
Bizi izləyin

Qırmızı.az

Ombudsman təcridxanadakı ölüm faktını araşdırıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli preventiv qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında başçəkmə həyata keçiriblər.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli preventiv qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, başçəkmə zamanı ombudsmanın nümayəndələri həmin müəssisədə bir neçə şəxslə, o cümlədən Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla onların saxlanıldıqları kameralarda görüşüblər.

Saxlanılan şəxslər təcridxanadakı saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Ombudsmanın nümayəndələri, həmçinin müvəkkilin tapşırığına əsasən təcridxanada ölüm faktı ilə bağlı mətbuatda yayılmış məlumatın araşdırılması məqsədilə mərhum Quliyev Fərhan Elçin oğlunun saxlanıldığı kamerada olub, onun kamera yoldaşları ilə söhbət aparıblar. Söhbət zamanı onlar mərhumun epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyini, hadisənin də qıcolma tutması nəticəsində baş verdiyini bildiriblər. Onlar həkimin vaxtında gəlməsinə baxmayaraq, onun keçindiyini söyləyiblər. Məlum olub ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmin gün ombudsmanın Milli preventiv qrupunun üzvləri Sabunçu RPİ-nin Müvəqəti saxlanılma yerinə və həmin idarənin 12-ci, 14-cü, 15-ci polis bölmələrinə də başçəkmə həyata keçiriblər. Başçəkmə zamanı şərait və rəftarla bağlı şikayət daxil olmasa da, sənədləşmədə pozuntular aşkar edilib. Bununla bağlı ombudsman tərəfindən Daxili İşlər Nazirinə müraciət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm