Şəmkirdə inək sahibini ölümcül yaraladı
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə inək sahibini ölümcül yaraladı

Şəmkirdə qəribə hadisə baş verib.

Şəmkirdə qəribə hadisə baş verib.

Rayonun Bayramlı kənd sakini 51 yaşlı Polad Ələkbərov fərdi təsərrüfatında saxladığı iri buynuzlu mal-qaraya qulluq göstərərkən heyvanlardan biri sahibinə buynuzu ilə zərbə endirib.

Zərbə təsirindən ağır bədən xəsarətləri alan Ələkbərov əvvəlcə Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. İlkin tibbi müayinədən sonra xəsarətin ciddiliyini nəzərə alan həkimlər onu Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına göndəriblər.

Hazırda reanimasiya şöbəsində müalicə olunan yaralının vəziyyətinin ağır olduğu bildirilir. Sahibinə buynuz atan inəyin aqibətinin necə olacağı isə hələlik məlum deyil.

"Bizə təxminən saat 23 radələrində təcili yardım maşını ilə Şəmkir rayonundan xəstə gətirilib. Həyat yoldaşının deməsinə görə özlərinə inək xəsarət yetirib. Xəstəyə ilkin yardım Şəmkirdə göstərilsədə hazırda bizim xəstəxanadadır. Müayinə və müalicələr davam etdirilir. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur." -deyə, xəstənin həkimi Rəfail Əsədov bildirib. /Kəpəz TV/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm