Azərbaycanlının qəhrəmanlığı: "2-3 dəqiqə də çəksəydi, diri-diri yanacaqdılar" – VİDEO - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlının qəhrəmanlığı: "2-3 dəqiqə də çəksəydi, diri-diri yanacaqdılar" – VİDEO - FOTO

Azərbaycanlının qəhrəmanlığı: "2-3 dəqiqə də çəksəydi, diri-diri yanacaqdılar" – VİDEO - FOTO

Rusiyanın Krasnoyarsk şəhərinin küçələrindən birində avtobus qaynar su çuxuruna düşüb. Milli.Az İnterfaks-a istinadən bildirir ki, olay nəticəsində avtobus sərnişinlərindən 11 nəfəri ağır yanıq yaraları alıb.

Yaralılardan ikisi şəhər Təcili Yardım Xəstəxanasının reanimasiya bölməsindədir.

İnsident Vavilov küçəsində, 1 nömrəli binanın qarşısında baş verib. İlkin məlumatlara görə, qaynar su borusu partlayıb və nəticədə çuxura qaynar su yığılıb.

65 saylı avtobusun sürücüsü çuxurun yanından keçmək istəsə də, avtobusun təkəri kanalizasiya lyukuna düşüb.

"Qaynar su avtobusun salonuna axmağa başlayıb. Həmin an avtobusda 15 sərnişin vardı", şəhər polisindən verilən məlumatda deyilir.

Qaynar su borusunun partlamasının səbəbi isə boruların köhnəlməsi və təmir işlərinin vaxtında aparılmamasıdır.

NQ Novosti bildirir ki, avtobusun sərnişinlərini azərbaycanlı Səbuhi Rəhimov xilas edib.

"Su çuxurdan 20 metr hündürlüyə fışqırırdı. Yolda dayanmışdım. Avtobusun yaxınlaşdığını görəndə qışqırmağa, əllərimi yelləməyə, sürücünü xəbərdar etməyə çalışdım. Amma o mənə qulaq asmadı, avtobusu çuxura sürdü.

Avtobus çuxura düşəndə isə camaatın yanacağını anladım, çünki "PAZ"ın qapısı açılmırdı. Bunu görəndə arxa şüşəni sındırdım, sonra oradakı sərnişinləri çıxarmağa başladım. 2-3 dəqiqə də çəksəydi, sərnişinlər orada diri-diri yanardılar", Səbuhi Rəhimov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm