Qaçqınlar özlərini yandıracaqları ilə hədələyir - FOTOLAR (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Qaçqınlar özlərini yandıracaqları ilə hədələyir - FOTOLAR (YENİLƏNİB - 2)

Məcburi köçkünlərdən biri - Nailə Səfiyeva üstünə benzin tökərək hadisə yerində dayanıb. Onun əlində kibrit var.

Metropoliten rəhbərliyi polislərdən qarşıdurma yaranmaması və bu hadisələrin işıqlandırılmasına imkan verilməməsi barədə xahiş edib.

Saxlanılanların hara aparıldığı bəlli deyil.

Artıq jurnalistlərə qarşı açıq təzyiqlər başlayıb. Polis onları zorla ərazidən uzaqlaşdırmağa çalışırlar. (http://virtualaz.org)

10:18

"Bakı Metropoliteni" QSC "Dərnəgül" Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü başlanıb.



Sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, "Bakı Metropoliteni" nümayəndələri Xarici dairəvi küçəsi, 3126/27-ci məhəllədə əraziləri zəbt edən məcburi köçkünlər evlərindən çıxarırlar.



Evlərindən çıxarılan sakinlər aksiya keçirirlər. Onlar özlərini və uşaqlarını yandıracaqlarını bəyan edirlər. Hazırda əraziyə Metropoliten əməkdaşları və polislər cəlb olunub. Sakinlərlə polislər arasında qarşıdurmanın yarandığı bildirilir.



Qeyd edək ki, burada məskunlaşan 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin onlar "Metropoliten"dən də kompensasiya tələb edirlər.

FOTO: Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm