Polis 1 kiloqram narkotik aşkarladı
Bizi izləyin

Qırmızı.az

Polis 1 kiloqram narkotik aşkarladı

Bakı polisi ümumilikdə 1 kiloqrama yaxın narkotiki dövriyyədən çıxarıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən pubika.az-a verilən məlumata görə, Bakı Şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elxan Əmirovdan 460 qram marixuana aşkar olunaraq götürülüb.

Yasamal RPİ PPXB və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş Pərviz Novruzovdan 470 qram marixuana aşkar olunaraq götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm