Nişanlı qıza təcavüz edən oğlan kənddən qaçdı
Bizi izləyin

Qırmızı.az

Nişanlı qıza təcavüz edən oğlan kənddən qaçdı

Bu cinayəti törədənin anasına təcavüz edildiyi də iddia olunur Sabirabad rayonunda zorlama cinayəti baş verib. Teleqraf.com-un xəbərinə görə, hadisə rayonunun kəndlərindən birində qeydə alınıb.

Rayon sakini, 22 yaşlı Ə. Ə. həmyerlisi, 17 yaşlı Vəfa (ad şərtidir) ilə cinsi əlaqədə olub. Ə.Ə. bir müddət 17 yaşlı qızla telefonda danışıb. İddia olunur ki, 22 yaşlı oğlan gənc qızla bir neçə dəfə də görüşüb.

Nişanlı qızı zorlayan gənc kənddən qaçıb.

Başqa bir oğlana nişanlı olan 17 yaşlı Vəfa Ə. Ə ilə gecə saatlarında görüş təyin edib. Görüş yerinə gələn Ə.Ə. 17 yaşlı qızla cinsi əlaqədə olub. Ertəsi gün isə Ə.Ə. kənddən qaçıb. 17 yaşlı qızın başqa bir oğlanla görüşməsi və cinsi əlaqədə olması xəbəri ildırım sürəti ilə kəndə yayılıb. 17 yaşlı qızın nişanlısının ailəsi bundan xəbər tutub və qızın ailəsinin evinə gəliblər. Onlar başqa bir oğlanla görüşüb, cinsi əlaqədə olan qızı almaq istəmədiklərini deyib və nişanı pozublar.

Bunun ardınca həmin kənddə daha bir təcavüzə cəhd olub. 17 yaşlı qızı zorlayan oğlanın anası, 40 yaşlı Samirənin (ad şərti verilib) qonşusu 20 yaşlı S.M.- nın təcavüzünə məruz qaldığı iddia olunub. 20 yaşlı oğlan rayon polis şöbəsində verdiyi izahatında deyib ki, qonşusunun arvadına təcavüz etməyib. O, şərə düşdüyünü iddia edib. Deyib ki, həmin gün kəndə alça alverçiləri gəlib. O da alça alverçilərini həmin evə aparıb. Bundan bir neçə dəqiqə sonra Samirə səs-küy salaraq 20 yaşlı oğlan tərəfindən təcavüzə məruz qaldığını iddia edib.

Qurulmuş plan

Əldə olunan məlumata görə, Samirənin, guya, təcüvüzə məruz qaldığı bilərəkdən qurulmuş oyundur. Nizanlı qızla cinsi əlaqədə olan oğlanın ailəsi belə bir plan qurub ki, kənddə onlara qarşı zorakılıq olmasın. Onlar belə bir görüntü yaradıblar ki, kənddə təcavüzə məruz qalan təkcə nişanlı qız olmayıb.

Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, 17 yaşlı nişanlı qızı zorlayan Ə. Ə. və 40 yaşlı qadına təcüvüzə cəhd edən 20 yaşlı S. M. şübhəli şəxs qismində saxlanılıblar. Deyilənə görə, nişanlı qızla cinsi əlaqədə olan 22 yaşlı oğlanın ailəsi rayonda sayılıb-seçilən ailənin övladıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm