Elmar Məmmədyarov: "Avropa Qarabağa diqqət ayırmalıdır"
Bizi izləyin

Qırmızı.az

Elmar Məmmədyarov: "Avropa Qarabağa diqqət ayırmalıdır"

Elmar Məmmədyarov: Avropa Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır

Avropa Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.

XİN rəhbəri deyib: "21-ci əsrdə belə çox sayda qaçqınların və belə münaqişələrin olması yolverilməzdir".

Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT-nin Qarabağa dair qətnamələrinin yerinə yetirilməsi zamanı ikili standartlarla üzləşir: "Biz - bu sözləri işlətməkdən çəkinməyəcəyəm - aşkar ikili standartlar şəklidə yanaşma görürük. BMT-nin bəzi qətnamələri demək olar ki, qəbul edildiyi gün icra olunmağa başlayır, halbuki BMT-nin Dağlıq Qarabağa aid qətnamələri artıq 20 ildir ki, yerinə yetirilmir".

XİN rəhbəri qeyd edib ki, Ermənistanla danışıqlar davam edir, bu münaqişə regionu heçliyə aparır və ona danılmaz mənfi təsir göstərir.

Nazirin sözlərinə ğörə, münaqişənin həlli prinsipləri artıq müəyyən edilib: "BMT Təhlükəsizlik Şurası 4 müvafiq qətnamə qəbul edib və Dağlıq Qarabağ münaqişəsinin həlli ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə söykənməlidir".

E.Məmmədyarov Azərbaycanın AŞPA-dakı sədrliyini şərh edərkən qeyd edib ki, bu dövrdə Azərbaycan bir sıra iri beynəlxalq tədbirlər keçirəcək: "Ölkədə yaxın altı ay ərzində 18 beynəlxalq tədbir keçiriləcək. Biz maksimum şəffaflıq və açıqlıq nümayiş etdirmək niyyətindəyik, çünki Avropa ölkələri mübahisə etməməli, bir-birilərini anlamağa çalışmalıdırlar".

Məmmədyarov daha sonra əlavə edib ki, Azərbaycan AŞPA-dakı sədrliyi zamanı öz fəaliyyətini avropalı tərəfdaşları ilə əlaqələndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm