Qırmızı.az
Kəmaləddin Heydərov ABŞ rəsmisini qəbul etdi – Foto
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Təhlükəsizlik Departamenti katibinin Beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersinini qəbul edib.
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb. Öz növbəsində, qonaq hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası