Bakıda uşaq zorakılığı müzakirə edilir
Bizi izləyin

Qırmızı.az

Bakıda uşaq zorakılığı müzakirə edilir

“Azərbaycanda uşaq müdafiəsi sisteminin uşaqlara qarşı zorakılıqla mübarizəyə dair fəaliyyətinin təhlili” ilə bağlı Hesabat keçirilib.

Hesabat zamanı çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bildirib ki, qanunlar qəbul edilir, lakin onların icra mexanizmləri yoxdur, bu da görüləcək işləri ləngidir. “Nədən başlamalıyıq ki, ana və uşaq ölümünün, uşaqlara qarşı zorakılığın, erkən nikahların sayı azalsın”, deyə Ombudsam əlavə edib.

Ombudsman bu problemdə statistika komitəsinin də işləməli olduğunu qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsninin müavini Aynur Sofiyeva çıxış edib. O bildirib ki, uşaqlarla bağlı bütün problemlərdə dövlət siyasəti tətbiq olunub.

Aynur Sofiyeva əlavə edib ki, son zaman uşaqların zorakılığı ilə bağlı 10 -a yaxın müəssisədə monitorinq aparılıb. Düşünürəm ki, bu problemdə ilk növbədə zorakılığın qurbanları olan uşaqlarla işlənməlidir. Daha sonra zorakılığın yaranma səbəbini araşdırmaq bu istiqamətdə profilaktik tədbirlər həyata keçirilməlidir.

Aynur Sofiyeva qeyd edib ki, Komitə “Uşaq Bankı” yaradıb. Bura qeyd olunan problemlərlə bağlı müraciətlər daxil olacaq.

Hesabatda çıxış edən BMT-nin uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard isə bildirib ki, bu sahədə 3 istiqamət əsas götürülməlidir. Birinci, peşəkarlar işlərin həllini üzərlərinə götürdükdən sonra problemin həllinə öz töhvəsini də verməlidir. Uşaq zorakılığına qarşı mübarizə aparan şəxslər birinci növbədə zorakılığın mənəvi və psixoloji zərbə olduğunu anlamalıdır. İstər evdə, istərsə də məktəblərdə uşaqlara zoraklıq olunmamalıdır",deyə Mark Herevard əlavə edib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm