Əli Həsənov: "Ermənilər amerikalı həmsədrə hücum ediblər"– ŞOK (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: "Ermənilər amerikalı həmsədrə hücum ediblər"– ŞOK (YENİLƏNİB)

13:57

“Hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur, yığılır, amma hələ ki nəticə yoxdur. Ancaq Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək”.

Publika.azn məlimatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin ölkə ərazisində hərəkəti tam sərbəstdir və heç bir məhdudiyyət yoxdur: “Çaloka Beyanı ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub. Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da”.

Ə.Həsənov xatırladıb ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib: “Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu, başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü”.

13:27

“Azərbaycan heç bir dövlətdən, beynəlxalq təşkilatdan nəsə tələb etmir. Biz, sadəcə, istəyirik ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər işə obyektiv yanaşsın”.

Publika.-az-ın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib.

Bununla belə, baş nazirin müavini bildirib ki, Azərbaycanın yalnız BMT-dən istəyi və tələbi var: “BMT zəhmət çəksin, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin”.

Bu çıxışa münasibət bildirən xüsusi məruzəçi Çaloka Beyani isə bildirib ki, Azərbaycana səfərindən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. O, bu məsələni və Azərbaycanın mövqeyini birbaşa onlara çatdıracağını deyib.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm