İstanbul Türk Ocaqları Qarabağ qazisini mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

İstanbul Türk Ocaqları Qarabağ qazisini mükafatlandırdı

İstanbul Türk Ocaqları Qarabağ qazisini mükafatlandırdı

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və TİKA-nın təşkilatçılığı, İstanbul Türk Ocaqları, Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" adlı tədbirləri çərçivəsində Sumqayıtda fəaliyyət göstərən “Turan” Ailəvi İstirahət Evi rəhbəri, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Forumunun koordinatoru, Qarabağ qazisi Mübariz Quliyev Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsində göstərdiyi xidmətlərə görə İstanbul Türk Ocaqları tərəfindən mükafatlandırılıb.

Mükafatı Qarabağ qazisinə İstanbul Türk Ocaqlarının başqanı Cezmi Bayram təqdim edib. Cezmi Bayram Mübariz bəyi türk dünyasının birliyi uğrunda fəaliyyət göstərən şəxsiyyətlərdən biri adlandırıb. Hətta, Türk Ocaqlarının tarixində ilk dəfə olaraq, qurumun yaranmasının 100 illiyi ilə bağlı tortu “Turan” Ailəvi İstirahət Evində kəsildiyini qonaqların diqqətinə çatdırıb.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva Mübariz Quliyevin Qarabağın azadlığı uğrunda sağlamlığını itirdiyini qeyd edərək, bu gün də canı və qanı ilə vətənə xidmət etdiyini, türklük və milli məsələlərdə fəal olduğunu qeyd edib.

Mükafatlandırma mərasimində millət vəkili Musa Qasımlı, Ümid Rəhimoğlu, Prof.Dr. Şuayip Karakaş, Prof. Dr. Kazım Yetiş , Prof. Dr. Cezmi Eraslan, Prof. Dr. Yavuz Akpınar, Azər Turan, Əkbər Qoşalı və s.ziyalılar və media nümayəndələri iştirak ediblər.

Onu xatırladaq ki, Mübariz Quliyev bu günə qədər Türkiyənin nüfuzlu mükafatlarına layiq görülüb.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm